"Azərbaycan Hava Yolları"nın 33 ildəki yüksəlişi...

Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin aviasiya tarixində yeni bir səhifə açmasından 33 il ötür. 1992-ci ildən etibarən Azərbaycanı dünyada layiqincə təmsil edən aviasiya şirkəti, ölkənin hava yolları sektorunda mühüm bir yer tutmaqdadır.

QHT.az xəbər verir ki, 2022-2024-cü illər arasında "Azərbaycan Hava Yolları"nın inkişafı bir sıra mühüm göstəricilərlə özünü göstərib:

  • İstiqamətlərimizin sayı 27-dən 63-ə yüksəlib.

  • Sərnişin sayımız 2,2 milyondan 4 milyona çatıb.

  • AZANS-ın peşəkar fəaliyyəti nəticəsində hava məkanımızdan keçən uçuşlar 83% artıb.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin sayı 7,5 milyona qalxıb.

Bu uğurlu yüksəlişin arxasında peşəkar komanda zəhməti dayanır. Hər bir əməkdaşa sonsuz təşəkkür edirik!