Qoruğu ziyarət edən və yerlilərə “Coca-Cola” təklif edən turist həbs edilib

Amerikalı turist Sentinel qəbiləsinə Coca-Cola “təklifi” ilə həbs edilib.

QHT.az xəbər verir ki, 24 yaşlı Mixail Viktoroviç Polyakov, Hindistanın Andaman və Nikobar adalarında yerləşən və girişin qadağan olunduğu Şimali Sentinel adasına icazəsiz daxil olduğu üçün həbs edilib. Polyakov martın sonunda bölgəyə gəlib və evdə hazırlanmış gəmi ilə 25 mil məsafəni qət edərək adaya çatıb. Orada durbinlə ərazini müşahidə edib, diqqət cəlb etmək üçün fit çalıb, lakin heç bir cavab almayıb. O, təxminən beş dəqiqə adaya enərək video çəkib, nümunələr toplayıb və bir qutu Coca-Cola ilə bir kokos qoyaraq bunu qəbiləyə “təklif” adlandırıb.

Sentinel qəbiləsi dünyanın ən təcrid olunmuş və kənar şəxslərə düşmən münasibət bəsləyən icmalarından biridir. Ekspertlər bu cür yaxınlaşmaların qəbilə üzvləri üçün epidemiya riski yaratdığını və onların həyatını təhlükəyə atdığını bildiriblər. Polyakovun davranışı həm öz həyatını, həm də qəbilənin sağ qalmasını risk altına qoyduğu üçün ciddi tənqid olunub.

 

R.İmanov