Deputat Prezidentin “Euronews”a müsahibəsindən QHT.az-a danışdı
Prezident İlham Əliyev “Euronews”a müsahibəsində regional və qlobal problemlərin həlli yollarını göstərib.
Bu fikirləri adıçəkilən telekanala Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında deyib. O, bildirib ki, Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində dünyanı düşündürən ən aktual siyasi problemlərlə bərabər Qzqaz regionunda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın rolunun müstəsna əhəmiyyəti vurğulanmışıdr.