8 gün uçdu, 9 ay ilişib qaldı

Astronavtlar Sunita Williams və Barry Wilmore Beynəlxalq Kosmik Stansiyada texniki problemlərə görə planlaşdırılandan daha uzun müddət – doqquz ay qaldıqdan sonra Yerə qayıdıblar.

QHT.az xəbər verir ki, NASA-nın məlumatına görə, onların səkkiz gün qalması nəzərdə tutulsa da, Boeing-in Starliner kosmik gəmisində baş verən nasazlıqlar buna mane olub. Astronavtlar SpaceX Crew Dragon kapsulu ilə təxliyə edilib və Yerə eniş etdikdən sonra tibbi müayinədən keçiblər. Onlarla birlikdə astronavt Nik Heyq və Roskosmosun kosmonavtı Aleksandr Qorbunov da Yerə qayıdıb.

Donald Trump, Williams və Wilmore-un vəzifələrinə bərpa edildikdən sonra Oval Ofisə baş çəkəcəklərini açıqlayıb.

 

R.İmanov