Füzulidə torpaq çərşənbəsi: Azadlığın və bayramın qovuşduğu an
Füzuli rayonu işğaldan azad edildikdən sonra bu il ilk dəfə Novruz Bayramı rayonun Dədəli kəndində xüsusi qeyd olundu.
QHT.az xəbər verir ki, bu il, kənd sakinləri üçün bayram yalnız təbiətə, adət-ənənələrə deyil, həm də uzun illər həsrətini çəkdikləri torpaqlarına qayıdışın simvoluna çevrildi. Kənd sakinləri, Novruzun ilaxır çərşənbəsi – Torpaq çərşənbəsini xüsusi bir şəkildə qeyd etdilər. Bu kənddə tonqal qalama mərasimi, alovun şöləsi yalnız bayram sevincini deyil, həm də torpağa olan bağlılıq və Vətən sevgisi ilə yanırdı. Kənd sakinləri, azadlığa qovuşmuş torpaqda, daha əvvəl görmədikləri bir nəşə ilə bayramın ruhunu yaşadılar. Torpaq çərşənbəsi yalnız bir bayram günü deyil, həm də Füzuli rayonunun bərpa və inkişafına başlamağın simvolu oldu. Dədəli kəndinin sakinləri, bu bayramda öz köklərinə, torpaqlarına və ənənələrinə olan bağlılıqlarını bir daha vurğuladılar.
Azad torpaqda keçilən bu bayram anı, sadəcə bir Novruz günü deyil, həm də bir xalqın, bir vətənin yenidən doğuşunun, özgürlüyün və torpağa olan sevgisinin simvoluna çevrildi.
Pərvanə Fərhadqızı