Bəşəriyyət 2038-ci ildə keçmişin problemi ilə üzləşə bilər

1999-cu ildə insanlar kompüterlərin yeni əsrin başlanğıcını lazımi şəkildə emal edə bilməyəcəyi və sivilizasiyanın dağılacağı ilə bağlı panikaya düşməyə başladılar. 2038-ci ildə vəziyyət təkrarlana bilər.

QHT.az xəbər verir ki, 19 yanvar 2038-ci ildə 32-bit Unix vaxtı sıfırlanaraq ciddi sistem xətalarına səbəb ola bilər. Problem 32-bit tam ədədlərin maksimum vaxt damğası həddinə çatmasıdır. Həll yolu 64-bit sistemlərə keçiddir, lakin bir çox köhnə proqram və cihaz hələ də risk altındadır. Bütün sistemlər yenilənsə belə, bu miqyaslı dəyişikliklər yeni problemlər yarada bilər.

 

R.İmanov