“Ermənistandan deportasiya olunmuş azərbaycanlıların yaşayış, mənzil hüququ pozulub” - Nədimə Rəhimli / FOTOLAR

Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən təşkil olunmuş “Qlobal mənzil krizisi və miqrantlara ədalətli yanaşmaya doğru” adlı yan tədbirdə iştirak edib.

Tədbirdə çıxış edərək Nədimə Rəhimli Ermənistan tərəfindən deportasiya olunmuş azərbaycanlıların yaşayış və mənzil hüququnun pozulmasına diqqət çəkdi:

"Ermənistandan deportasiya olunmuş azərbaycanlıların yaşayış, mənzil hüququnun pozulduğunu vurğuladım. Tədbirdən sonra da Ali Komissarlığın Xüsusi Məruzəçisi ilə birbaşa görüşərək, şəxsən ailəmin deportasiya qurbanı olduğunu diqqətinə çatdırdım və yüz minlərlə Ermənistandan deportasiya olunmuş azərbaycanlının qayıdışı, öz mənzillərində yaşamaq hüququnun bərpası ilə bağlı beynəlxalq təşkilatların dəstək göstərmələrini rica etdim".