Layihənin məsuliyyətini dərk edirik - QHT sədrindən AÇIQLAMA

"Turan” Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi (TTXMİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olub.

QHT.az xəbər verir ki, bu barədə İctimai birliyin sədri Zərnişan Turan (Azayeva) məlumat verib:

"İctimai birlik “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihənin icrasında məsuliyyətini dərk edir. Bu etimad üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünmüzü bildiririk".