QHT sədrindən gənclərə çağırış: "İntihara Yox Deyək!" / FOTOLAR
İntihar heç bir problemin həlli deyil!
"Ümidli gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşımova QHT.az-a bildirib ki, bu mövzuda ciddi xəbərdarlıq edərək, gənclərin qarşılaşdığı ailədaxili münaqişələr, zorakılıq, sosial təzyiqlər və psixoloji çətinliklərin onların həyatına ağır təsir etdiyini vurğulayıb.
“Müəyyən çətinliklər səbəbindən bəzi gənclər özlərini çıxılmaz vəziyyətdə hiss edirlər. Əgər ətrafınızda belə biri varsa, onu dinləyin, mühakimə etmədən dəstək olun və peşəkar yardıma yönləndirin. Unutmayın, həyat dəyərlidir və heç kim tək deyil!” – deyə QHT sədri çağırış edib.
QHT sədri gəncləri və ailələri bu məsələyə daha həssas yanaşmağa, psixoloji problemlərlə üzləşən insanlara yardım göstərməyə çağırıb:
"Peşəkar dəstək üçün 116111 UŞAQ QAYNAR XƏTTİ ilə əlaqə saxlamaq mümkündür".
Pərvanə Fərhadqızı