QHT Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib

İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihələrinin qalib elan olunması münasibətilə göstərilən dəstəyə görə təşəkkür məktubu ünvanlayıb:

"Hörmətli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi komandasına, layihəmizin qalib olması münasibətilə bizə verdiyiniz dəstək və etimad üçün bir daha dərin təşəkkürümüzü bildiririk. Bu qalibiyyət yalnız bizim layihə komandamız üçün deyil, həmçinin layihədən faydalanacaq hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Sizin Agentliyin qərarı bizim üçün bir təşviq oldu və bu uğur bizə daha çox işləmək, daha geniş auditoriyaya xidmət etmək və daha çox yeniliklər gətirmək üçün əlavə ilham verdi. Əminik ki, gələcəkdə də birgə əməkdaşlıq edəcəyik və bu münasibət bizim layihə və təşkilatımızın inkişafına daha da töhfə verəcəkdir. Sizə uğurlar və sağlamlıq arzulayırıq, hər birinizə təşəkkür edirik!"