"Ekoloji problemlər nadir xəstəliklərin yaranmasına səbəb olur" - QHT sədri
Müasir dövrdə ekoloji problemlərin artması, nadir xəstəliklərin yaranmasına səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir.
"Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında ekoloji amillərin insan sağlamlığına mənfi təsirlərini vurğulayaraq bildirib ki, ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin azalması və iqlim dəyişiklikləri nadir xəstəliklərin meydana çıxmasına səbəb olur:
"Ekoloji faktorlar canlı aləmə təsir edən əsas faktordur.Orqanizimdə gedən bütün proseslərə o cümlədən, qidalanma, fotosintez, tənəffüz və s. problemlərə birbaşa təsir edir.Ekoloji faktorların orqanizmə təsiri xüsusi hallar ilə yanaşı ümumi hallardan ibarətdir.Bu faktorlar canlı aləmə kənar yəni yan və yaxud öldürücü təsir göstərə bilər. Ekoloji faktorlar ətraf mühitdən orqanizmə təsir edən cansız kompanentlər, yəni işıq ,temperatur ,hava, rütubət, sıxlıq, təzyiq kimyəvi təsir hallarında olur.Bundan başqa ətraf mühitdən canlılara təsir edən diəgr canlılarda ekoloji faktor sayılır.Müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun dəyişməsi müxtəlif nadir xəstəliklərin yaranmasına səbəb olur. Bura daxildir:
- İqlim dəyişikləri
- Biomüxtəlifliyin məhvi
- Torpaq su havanın çirklənməsi
- Torpağın erroziyası
- Canlı aləmin məhvi
Müxtəlif canlıların bu və ya digər formada mutasiyaya uğraması.[Bunun nümunəsi kimi Çernobol AES-də baş verən qəza nəticəsində müxtəlif mutasiyaya uğrayan canlı varlıqları göstərmək olar".
QHT sədri bildirib ki, inkişafın artması ilə oksigen ehtiyatları azalır, karbon qazının miqdarı isə artır. Bu proses hazırda sürətlənmiş şəkildə davam edir və Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə qanunsuz tullantı poliqonlarının yaranması ekoloji problemləri daha da dərinləşdirir:
"Məhz bu səbəbdən insanlarda əvvəllər məlum olmayan nadir xəstəliklər meydana çıxmışdır.Bu xəstəliklərin ən çox yayılanları kimyəvi astma, sulfut astması, uşaqlarda əmələ gələn astma sintetik tullantıların təsiri nəticəsində yaranmışdır.Metal civənin təsiri nəticəsində yaranan minimal xəstələkləri – sinir pozğunluğu, əqli çatışmazlıq ,erkən iflic, dərinin zədələnməsi ilə yaranan YUŞO xəstəliyi və kimyəvi QİÇS".
İradə Həsənova vurğulayıb ki, bu xəstəliklərin qarşısını almaq üçün ekoloji tarazlıq qorunmalı, geniş maarifləndirmə tədbirləri həyata keçirilməli və dövlət səviyyəsində sosial-iqtisadi inkişaf proqramları hazırlanmalıdır:
"Bütün saydığımız bu xəstəliklər ekoloji tarazlığın pozulması və insanın təbiətə vurduğu ziyana görə əmələ gəlmişdir.Bu xəstəliklərlə kompleks mübarizə tədbirləri görülməli, eyni zamanda ekoloji sahədə əhali arasında maarifləndirici seminarlar və təlimlər aparılması zəruridir. Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyimiz xəstəliklər ekoloji faktorla birbaşa əlaqəli nadir xəstəliklərdir onlarla mübarizə aparmağın ən əsas yolu ekoloji tarazlığın qorunması istiqamətində görüləcək işlərdir. Bu istiqamətdə dövlət səviyyəli kompleks sosial- iqtisadi inkişaf proqramları hazırlanmalıdır. Bu proqramlar hazırlanarkən nadir xəstəliklərdən əziyət çəkən hər bir ailənin mənafeyi və onun sağlamlığının qorunması nəzərə alınmalıdır".
Pərvanə Fərhadqızı
QHT.az