"QHT-lərin fəaliyyəti ictimai həyatın bütün sahələrində aktivləşir" - Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında vətəndaş cəmiyyətinin rolunun getdikcə artdığını vurğulayıb.

"Bu gün ictimai həyatın bütün sahələrində QHT-lərin aktivliyi, o cümlədən onların dövlət qurumları ilə əsas tərəfdaş qismində fəaliyyət göstərməsi, faydalı əməkdaşlıq münasibətləri qurması müşahidə olunur. QHT-lər dövlət proqramlarının və strategiyalarının həyata keçirilməsində əsas tərəfdaş kimi iştirak edirlər. İctimai problemlərin həllində daim aktiv və yorulmadan çalışırlar," – deyə Zenfira Mustafayeva bildirib.

Onun sözlərinə görə, QHT-lərin fəaliyyəti cəmiyyətin sosial problemlərinin həllində mühüm rol oynayır və onların dövlət strukturları ilə əməkdaşlığı bu sahədə daha səmərəli nəticələrin əldə olunmasına töhfə verir.

 

Pərvanə Fərhadqızı