Yüksək temperatur yaşlı insanlarda qocalmanı 14 aya qədər sürətləndirir

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, uzun müddət yüksək temperaturda qalmaq yaşlı insanlarda bioloji qocalmanı sürətləndirir.

QHT.az xəbər verir ki, bioloji yaş insanın xronoloji yaşından fərqli olaraq, orqanizmin hüceyrə və molekulyar vəziyyətini əks etdirir. Alimlər 56 yaşdan yuxarı 3600-dən çox insanın qan nümunələrini və yaşadığı ərazilərin temperatur göstəricilərini təhlil ediblər. Nəticələr göstərib ki, isti bölgələrdə yaşayanlar soyuq yerlərdə yaşayanlara nisbətən bioloji cəhətdən 14 ay daha tez qocalırlar.

Mütəxəssislər şəhərlərin iqlimə uyğunlaşdırılması üçün kölgəli yerlərin yaradılması, ağac əkilməsi və yaşıllıq sahələrinin genişləndirilməsini tövsiyə edirlər.

 

R.İmanov