Sadiq Qurbanov: “Pakistan bizə qardaş ölkədir”
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşünü QHT.az-a şərh edərkən Pakistanın Azərbaycanın qardaş ölkəsi olduğunu vurğulayıb.
Deputat bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və iki ölkə arasında tarixi dostluq münasibətləri mövcuddur:
"Təsadüfi deyil ki, Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdə bu dövləti qardaş dövlət adlandırıb.Prezidenlərin dost ölkəyə səfərlərinin dinamikasına baxsaq görərik ki Türkiyədən sonra Pakistan ən çox ziyarət edilən ölkədir. Pakistanla Azərbaycanın bütün platformalarda o cümlədən hərbi sahəsində ciddi əməkdaşlığı var. Biz Pakistanla əlaqələrə çox mühüm əhəmiyyət veririk".