İsveç Ukraynaya 112 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemlərini təhvil verəcək

Söhbət Robot 70 və Tridon Mk2-dən gedir.
QHT.az xəbər verir ki, İsveç Ukraynaya 1,2 milyard kron (təxminən 113 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır. Bu barədə İsveçin baş naziri Ulf Kristersson və digər nazirlərin "Svenska Dagbladet" qəzetindəki məqaləsində bildirilib.

Ukrayna ordusu və mülki infrastrukturun müdafiəsini gücləndirmək məqsədilə Robot 70 (RBS 70)Tridon Mk2 sistemləri təqdim olunacaq. RBS 70 lazer bələdçiliyi ilə 9 km-ə qədər məsafədə hədəfləri vura bilən portativ hava hücumundan müdafiə sistemidir. Tridon Mk2 isə pilotsuz uçuş aparatları, təyyarələr və qanadlı raketlərə qarşı müasir zenit artilleriya kompleksidir.

 

R.İmanov