“VƏTƏN FƏDAİLƏRİ” layihəsinin 2024-cü ildə gördüyü işlər haqqında yekun hesabat

2024-cü il “VƏTƏN FƏDAİLƏRİ” layihəsi üçün çoxsaylı uğurlu nəticələrin əldə olunduğu bir il olaraq tarixə yazıldı. Layihə çərçivəsində şəhid ailələri üçün dərin mənəvi dəyər daşıyan bir neçə kitablar nəşr edildi və təqdimatlar keçirildi.

2024- cü il 26 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin III hissəsi “VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ” kitabının ikinci təqdimat mərasimi keçirildi. 2024-cü il 20 may tarixində “Diamonds Of Turkey” 2024 Azərbaycan layihəsində mükafata layiq görülənlərdən biri də Manya Səxavətqızı oldu.

2024-cü il 2 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının göstərişi ilə Tovuz rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “VƏTƏN FƏDAİLƏRİ:TOVUZ ŞƏHİDLƏRİ” kitabının təqdimatı keçirildi. Bu kitab isə “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin IV hissəsidir. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Quliyev Şahmar Kəmaləddin oğluna həsr olunmuş “ŞAHMARIN EŞQ ƏSƏRİ” adlı kitabın ikinci dəfə yenidən çap olundu və 2024-cü il 30 sentyabr tarixində Naxçıvan Gənclər Mərkəzində ikinci təqdimat mərasimi keçirildi.

2024-cü il 1 oktyabr tarixində Naxçıvan Dövlət Unversitetinin tələbələri ilə AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızının görüşü təşkil olundu. Layihənin daha geniş miqyasda əhatə olunması üçün bir çox işlər görülməkdədir. “VƏTƏN FƏDAİLƏRİ” layihəsi, Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə hörmət, vətənə sevgi və milli irsin qorunması istiqamətində dərin iz qoyan tərəqqipərvər bir missiyanı davam etdirir.