Vətən müharibəsi şəhidi Elgün Xıdırovun anası vəfat edib

Vətən müharibəsi şəhidi Elgün Xıdırovun anası Xumar Xıdırova vəfat edib.

QHT.az olaraq mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü baş leytenant Elgün Xıdırov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək 1 noyabr tarixində qəhrəmancasına şəhid olub. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.