Pişiklər nədən qorxur: baytarlar 8 ən böyük pişik qorxusunu adlandırdılar
Yaxşı sosiallaşan pişiklər adətən daha az qorxurlar.
QHT.az xəbər verir ki, pişiklər mehriban, rahat və sevgi dolu ola bilər, eyni zamanda müxtəlif səbəblərdən qorxu və ya narahatlıq göstərə bilərlər. Qorxuların mənbəyi genetika, davranış və ya keçmiş təcrübələrlə bağlı ola bilər. Sosiallaşan pişiklər daha az qorxuya meylli olur. Pişikinizin qorxu səbəblərini başa düşmək ona kömək etmək üçün vacibdir.
-
Yüksək səslər
Atəşfəşanlıq, ildırım və tozsoran kimi səslər pişikləri qorxudur. Onları səslərə alışdırmaq üçün bu səsləri aşağı həcmdə təqdim edərək tədricən artırmaq tövsiyə olunur.
-
Qəriblər
Pişiklər tanımadığı insanlardan qorxa bilər. Qonaqlardan sakit oturub yemək təklif etmələrini xahiş etmək onların adaptasiyasına kömək edə bilər.
-
Su
Gənc yaşlarda suya məruz qalmayan pişiklər sudan qorxar. Bunun səbəbi yaş xəzlərinin narahatlıq yaratmasıdır.
-
Ətraf mühitdəki dəyişikliklər
Yeni mebellər, evə köçmək və ya yeni körpənin gəlməsi pişiklərdə narahatlıq yarada bilər.
-
Digər heyvanlar
Yeni heyvanlar pişik üçün stresli ola bilər. Onları tanış etməzdən əvvəl yeni heyvanın qoxusuna alışdırmaq məsləhətdir.
-
Baytar həkiminə baş çəkmək
Baytar həkimə ziyarət qorxuya səbəb ola bilər. Müntəzəm ziyarətlər pişiklərin bu qorxusunu azalda bilər.
-
Gizlənmək üçün yerlərin olmaması
Pişiklər üçün gizlənmək vacibdir. Onlara təhlükəsiz bir yer təmin etmək narahatlıqlarını azalda bilər.
-
Xiyar
Bir pişiyin xiyardan qorxması çox güman ki, hər hansı yeni obyektə reaksiyadır.
R.İmanov