“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın həyata keçirilməsində QHT-lərin rolu mövzusunda tədbir keçirilir

Azərbaycan Milli QHT Forumunda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın həyata keçirilməsində Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolu müzakirə edilir.

QHT.az xəbər verir ki, tədbirdə Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə açılış nitqi ilə çıxış edir.