20 layihəyə qrant ayrıldı - SİYAHI
Qrant müsabiqəsində qalib olmuş 20 layihənin hər birinə 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 20-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının dekabrın 6-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 259 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 111-i hüquqi, 148-i fiziki şəxslərə, o cümlədən 248-i mikro, 10-u kiçik, 1-i iri sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 90-ı təhsil, 22-si elm, 56-sı tədqiqat, 91-i dəstək layihələridir.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 24 sentyabr - 23 oktyabr 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 25 oktyabr 2024-ci il - 25 noyabr 2024-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
QHT.AZ Qalib layihələrin siyahısnı təqdim edir
VI Qrant Müsabiqəsi
VI Qrant Müsabiqəsi
S/S |
KOB subyektinin adı |
Layihənin adı və qısa məzmunu |
Layihənin məbləği |
1 |
"Troniq" MMC |
“RoboRek” reklam robotunun sənaye üsulu ilə istehsalının təşkili layihəsi. Layihənin məqsədi ticarət markalarının hədəf müştərilərə innovativ üsullarla çatdırılması üçün reklam təyinatlı “RoboRek” adlı innovativ məhsuldan faydalanmasını təmin etməkdir. |
16486,90 |
2 |
Fərdi sahibkar Kəlbiyev Ramiz Kəlbi oğlu |
Pyezoelektrik materiallardan istifadə olunmaqla elektrik enerjisi istehsalının və tətbiq sahələrinin tədqiqi. Layihənin məqsədi pyezoelektrik materiallardan alınan elektrik enerjisinin tətbiq sahələrinin genişləndirilməsi və bu imkanların konstruktiv həllərinin təqdim olunmasıdır. |
16704,20 |
3 |
"Mopsn" MMC |
“Mopsn (Multi-Option Platform for Solutions and Needs)” platforması. Layihənin məqsədi rəqəmsal bazarda istifadəçilərə bir tətbiq vasitəsilə gündəlik ehtiyaclarını qarşılamaq imkanı yaratmaqdır. |
18696,99 |
4 |
Fərdi sahibkar Mirsultanova Reyhan Mirrafiq qızı |
"İrrigo" (Dayanıqlı Kənd Təsərrüfatı Ekosistemi). Layihənin məqsədi ölkəmizin kənd təsərrüfatı sistemində mövcud olan problemləri rəqəmsal və kimyəvi texnoloji yeniliklərin tətbiqi ilə həll etmək, yenidən qurulan Qarabağda davamlı kənd təsərrüfatı ekosistemi yaradılmasına dəstək göstərilməsidir. |
17369,00 |
5 |
"Medappoint" MMC |
"MEDAPPOINT” platforması. Layihənin məqsədi həm pasiyentlərin daha rahat həkim tapmaları, vaxt itirmədən, iş, dərs və s. saatlara uyğun olaraq növbəyə yazılmaları və həkimə öncədən qeydiyyat əldə etmələrinin, həm də həkimlərin öz qrafiklərini rahatlıqla görmələri, pasiyent statistikasını əldə etmələri və daha çox pasiyentə çatmalarının təmin edilməsidir. |
16583,00 |
6 |
"Biar Global" MMC |
Mikro və kiçik sahibkarlıq subyektlərinin Rəqəmsal idarəedilməsi məqsədilə “ERP” yazılması. Layihənin məqsədi mikro və kiçik sahibkarlığın inkişafına və idarəetmə proseslərinin optimallaşdırılmasına dəstək göstərilməsilməsidir. |
17100,00 |
7 |
Fərdi sahibkar Xankişiyeva Rəna Faik qızı |
Aqrohidrogel texnologiyası: su resurslarının qorunması və quraqlığa dayanıqlı toxumların istehsalı. Layihənin məqsədi Azərbaycanda bioparçalanan toxum örtmə texnologiyasını tətbiq edərək kənd təsərrüfatında məhsuldarlığı artırmaq, su resurslarının səmərəli istifadəsini təmin etmək və bitkilərin quraqlığa qarşı davamlılığını yüksəldilməsinə dəstəkdir. |
17716,00 |
8 |
Fərdi sahibkar Həsənov Rəşad Hidayət oğlu |
Brendləşmə və KOB-ların davamlı inkişafı: mövcud vəziyyət və inkişaf meyilləri, çağırışlar və innovativ həllərin tətbiqi. Layihənin məqsədi KOB-ların uğurlu fəaliyyət dövrlərini uzatmaq üçün brendləşmənin gücləndirilməsini təmin edilməsinə dəstək, eyni zamanda KOB-ların brendləşmə səviyyəsini artırılması, o cümlədən bu istiqamətdə metodiki dəstəyin təmin edilməsi, məsələnin vacibliyinin aktuallaşdırılması yolu ilə biznesin davamlılığını və rəqabət qabiliyyətini gücləndirməkdir. |
15123,50 |
9 |
Fərdi sahibkar Novruzova Aygül Əkrəm qızı |
Nanoörtüklər: Bitki və ağacların ziyanvericilərə qarşı yeni qorunma metodu. Layihənin məqsədi nanotexnologiyaya əsaslanan örtüklərin köməyi ilə bitki və ağacların ziyanvericilərdən ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı şəkildə qorunmasına dəstəkdir. |
16140,00 |
10 |
Fərdi sahibkar Xəlilov Ceyhun Mirəli oğlu |
Yeni nəsil invertorlu gərginlik stabilizatorunun tədqiqat işi. Layihənin məqsədi elektrik enerjisinin keyfiyyətini artırmaq və texnoloji avadanlıqların davamlı işləməsinin təmin edilməsinə dəstəkdir. |
18980,43 |
11 |
"G & I Consulting Group" MMC |
Tədris və kurs mərkəzləri üçün vahid rəqəmsal idarəetmə portalı. Layihənin məqsədi tədris və kurs mərkəzlərində idarəetmə və tədris proseslərini rəqəmsallaşdırmasına və avtomatlaşdırmalaşdırılmasına dəstək göstərilməsidir. |
17978,10 |
12 |
"Snackpack" MMC |
“SNACKPACK” plaftorması. Layihənin məqsədi restoran və kafelərdə büdcəyə qənaət etmək, əlavə gəlir mənbəyi yaratmaq və qida israfının qarşısını almağa dəstək olmaqdır. |
15887,90 |
13 |
Fərdi sahibkar Quliyev İmran Anar oğlu |
“SKY X” layihə qrupunun dərmanlama robotu. Layihənin məqsədi kənd təsərrüfatında yeni texnologiyalardan istifadə sahəsində yeni imkanların açılması yolu məhsuldarlığın artırılmasına dəstək göstərilməsidir. |
17623,80 |
14 |
Fərdi sahibkar Miriyeva Xəyalə Miriş qızı |
Tullantı qida yağlarından sintez yolu ilə “yaşıl” təmizləyici məhsulların alınması. Layihənin məqsədi ətraf mühitə karbon emissiyası yaradan və insanların sağlamlığına ciddi zərər vuran kimyəvi təmizləyici maddələri ekoloji cəhətdən təmiz alternativlərlə əvəz etməkdir. |
15250,00 |
15 |
"Bayflight" MMC |
"BAYFLY Advisor” platorması. Layihənin məqsədi Azərbaycanda turizm sektorunun müasir rəqəmsal texnologiyalarla inkişafına dəstək olmaqla, yerli və xarici turistlərə öz səyahət paketlərini asan və fərdi şəkildə tərtib etmək imkanı təqdim etməkdir. |
17234,00 |
16 |
Fərdi sahibkar İsgəndərov Murad Nuhbala oğlu |
Qarabağın gənc sahibkarları. Layihənin məqsədi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülən və köçürüləcək gənclərin bilik və bacarıqlarını biznesə yöəltməklə iqtisadi və ictimai həyatda önəmli rol almaları üçün biznes və sahibkarlıq məntiqinin formalaşdırılmasına kömək etmək və yeni məşğulluq imkanlarının yaradılmasıdır. |
15590,00 |
17 |
Fərdi sahibkar Hümbətov Şirxan Ərəstun oğlu |
Perovskit-maye kristal hibrid strukturlarla səmərəliliyi artırılmış günəş elementlərinin hazırlanması. Layihənin məqsədi “BaTiO3” nanohissəciklərini “Pedot” maye kristal polimer matrisinə daxil etməklə üzvi günəş batareyalarının səmərəliliyini artırılmasına dəstəkdir. |
15512,00 |
18 |
"Jugaad" MMC |
“KOB Elektron Kataloq” (mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların elektron kataloqu). Layihənin məqsədi mikro, kiçik və orta sahibkarların istehsal etdikləri məhsulların vahid kataloqda toplanaraq, daha geniş ictimaiyyətə çatdırılması və onların tanıdılmasına kömək etməkdir. |
19220,00 |
19 |
Fərdi sahibkar Bağırov Məhəmməd Bağır oğlu |
Effektiv enerji saxlama qabiliyyətinə malik “GO/PANİ” əsaslı supertutum batareyalarının hazırlanması. Layihənin məqsədi yüksək elektrik tutumuna malik, ekoloji cəhətdən təmiz və davamlı PANİ/GO əsaslı supertutum batareyalarının hazırlanması ilə onların elektrik xassələrinin və tutum parametrlərinin təhlil edilməsidir. |
18032,00 |
20 |
"ESDGoals" MMC |
Yaşıl transformasiya: “Yaşıl biznesin idarəedilməsi sistemləri” standartının tətbiqi. Layihənin məqsədi AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” dövlət standartının tətbiqinə təşviq yolu ilə sahibkarların yaşıl biznes strategiyalarını mənimsəməsini və bu standartlara uyğun fəaliyyət göstərməsini təmin etməkdir. |
16438,40 |