"Torpaq icarəsi ƏDV-dən azad olunur" - DEPUTAT

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov “Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklərdən biri olaraq hüquqi şəxslər tərəfindən torpaq icarəsindən əldə edilən icarə haqqının ƏDV-dən azad ediləcəyini bildirib:

"Bu dəyişiklik sahibkarların xərclərinin azalmasına, gəlirlərinin artmasına və icarə qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Əvvəl 18%-lik ƏDV nəzərə alınaraq müəyyənləşdirilən icarə haqqı, bu güzəşt tətbiq olunduqdan sonra daha sərfəli olacaq. Dəyişiklik sahibkarların dəstəklənməsinə və uçot sisteminin güclənməsinə xidmət edir".

 

Pərvanə Fərhadqızı