BDU tələbələri “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını ifa ediblər - FOTOLAR
Bakı Dövlət Universiteti (BDU) tələbələri Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını səhnəyə qoyublar.
QHT.az xəbər verir ki, tamaşa, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr edilib. Tədbirdə BDU THİK sədri Zöhrab Cavadzadə təşkilatın fəaliyyətləri və tələbələrə dəstək layihələrindən bəhs edib. Tamaşada BDU tələbələri müxtəlif rolları canlandırıblar, səhnənin quruluşçu rejissoru isə teatrın aktyoru Vahid Orucoğludur.