Belarusda hakimiyyəti ələ keçirmək cəhdi ilə bağlı iş açılıb
Belarusun İstintaq Komitəsi oktyabrın 8-də dövlət hakimiyyətini ələ keçirmək cəhdində şübhəli bilinən 22 nəfərə qarşı cinayət işi açdığını açıqlayıb. İş, avqustda Vilnüsdə keçirilən “Yeni Belarus” konfransında qəbul edilən “Platforma 2025” sənədinin hazırlanması ilə bağlı başlayıb.
QHT.az xəbər verir ki, sənəd, Aleksandr Lukaşenkonun “kriminal yolla hakimiyyəti saxladığını” və “siyasi məhbusların azad edilməsi”ni tələb edir. İstintaq Komitəsi, müxalifətçilərin 2025-ci il seçkilərini pozmaq üçün plan hazırladığını iddia edir.
Həmçinin, avqustun 9-da keçirilən “Ləyaqət Günü 2024” yürüşlərinə görə 23 nəfərə qarşı cinayət işi açılıb. Belarusda prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.
Pərvanə Fərhadqızı