Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “İntellektual Oyunlar Klubu”nun təşkilatçılığı ilə BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib.

QHT.az xəbər verir ki, 22 komandanın mübarizə apardığı turnirdə 130-dan çox tələbə iştirak edib. BDU-nun TGT sədri Harun Mehdiyev yarışın keçirilməsində əsas məqsədin tələbələr arasında vətənpərvərliyin təbliğ edilməsi, intellektual oyunlar vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi olduğunu bildirib.

 “Nə? Harada? Nə zaman?” formatında keçirilən turnirdə “Evrika” komandası I, “Difai” II və “Aurelion Sol” komandası isə III yeri tutub. I və II yerin qalibləri finala vəsiqə qazanıb.