Mediasiya Şurasında uğurlu ailə mediasiyası sessiyası başa çatdı - FOTOLAR
Mediasiya Şurasının mediatori Hüseynova Esmira, bu gün icraatında olan ailə münaqişəsi ilə bağlı mediasiya sessiyasının uğurla başa çatdığını bildirib. Hüseynova, sessiyanın müsbət nəticələnərək tərəflər arasında sazişlə yekunlaşdığını qeyd edib. O, bu uğurlu prosesə dəstək göstərən 12 saylı Mediasiya Təşkilatının mediatori Venera Əsgərovaya xüsusi təşəkkürünü ifadə edib.
QHT.az xəbər verir ki, ailə məsələlərinin sülh yolu ilə həllini təmin etmək məqsədilə keçirilən mediasiya sessiyaları cəmiyyətin dayanıqlılığını və sosial ədaləti qorumağa xidmət edir.