"AZLİNQ 2024: Azərbaycan dili və müasir dilçilik" beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR
Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, neftçalalı dilçi alimlər - Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə “AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq bu il dördüncüsü təşkil olunan konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə yanaşı yerli və xarici gənc tədqiqatçılar də iştirak ediblər.