"Öncə Vətən” filminin təqdimatı olub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri ” layihəsi çərçivəsində 04 oktyabr 2024-cü ildə Bakı şəhərində “Öncə Vətən”- Sənədli filminin təqdimatı keçrildi.
Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin mərkəzi ofisində keçrildi. Müharibə əlilləri, şəhid ailələri və müharibə veteranlarının iştirakı ilə keçrilən film təqdimatında tədbiri giriş sözü ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev açaraq iştirakçıları salamladıqdan və tədbirin mahiyyəti haqqında qısa məlumat verdikdən sonra sözü Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri ” layihəsinin rəhbəri Emin Həsənliyə verdi.
Emin Həsənli Azərbaycan dövlətinin müharibə əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına yönəlik həyata keçrilən dövlət siyasətindən bəhs edən filmin araya-ərsəyə gəlməsi zərurətindən danışdı. Çıxışına davam edən natiq bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətə başladığı vaxtdan elan etdiyi bütün qrant müsabiqələrində proritet istiqamətlərdən biridə müharibə əlilləri, veteranları və şəhid ailələri olmuşdur.
“Hər il onlarla QHT bu istiqamətdə bir-birindən uğurlu layihələr icra edirlər. İnanıram ki, Agentliyin bu istiqamətdəki fəaliyyəti davamlı olacaq dövlətimizin həyata keçirdiyi siyasəti ölkə vətəndaşları arasında xüsusilədə müharibə əlilləri, veteranları və şəhid ailələri arasında təbliğ olunmasına öz töhfəsini davamlı olaraq verəcəkdir”.
Sonra film haqqında daha geniş danışmaq üçün söz layihənin eksperti Qarabağ qazisi, ehtiyatda olan kapitan Taleh Əliyevə verildi. Ekspert Taleh Əliyev “Öncə Vətən” - Sənədli filmində dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin bu sahədə çalışan hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin təqdimatında hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırdıqdan sonra filmə baxış oldu.
Sonra Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin fəalları çıxış edərək “Öncə Vətən” - Sənədli filmi haqqında öz təsüratlarını bölüşdülər.