Şəki 1 saylı mediasiya təşkilatı regionları təmsil edən mediatorlarla müzakirələr təşkil edib - FOTOLAR

Şəki 1 saylı mediasiya təşkilatının təşəbbüsü ilə Şəki şəhərində regionları təmsil edən mediatorların iştirakı ilə "Barışıq sazişlərinin keyfiyyətli məzmunu" mövzusunda müzakirələrin aparılması məqsədilə seminar keçirilib.

QHT.az xəbər verir ki, Marxal Hoteldə baş tutan tədbirdə ailə və əmək mübahisələri nəticəsində imzalanan barışıq sazişlərinin keyfiyyətli məzmunu, mübahisələrin həllində mediatorların rolu geniş müzakirə edilib.

Tədbirdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov, Mediasiya Şurası İntizam Komissiyasının üzvü Rəfael Cabbarov, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Ülkər Zülfüqarova, Şəki 1 saylı Mediasiya Təşkilatının direktoru Dərya Yaşarlı, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Qusar Mediasiya Təşkilatının direktoru Radik Kazımov, Goranboy 1 saylı Mediasiya Təşkilatının direktoru Vüsalə Tağıyeva, Salyan 1 saylı Mediasiya Təşkilatının direktoru Elman Hənifəli, Mingəçevir 1 saylı Mediasiya Təşkilatıın direktoru Ayaz İsmayılzadə, Qəbələ Mediasiya Təşkilatının direktoru Ədalət Əliyev, Şəki 1 saylı mediasiya təşkilatının mediatorları Mehdi Hüryanov, Bəhruz Nəsirov, Rauf Abdullayev, Rövşən İsmayılov, Mələkxanım Məmmədli iştirak edib.

Tədbirdə mediasiya təşkilatlarının və mediatorların marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri, vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər geniş müzakirə edilib.