“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi Nardaranda təqdim edildi - FOTOLAR
“Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 03 oktyabr 2024-cü il ildə Sabunçu rayonu Nardaran qəsəbəsi 130 № li tam orta məktəbdə, pedaqoji heyətin üzvlərinin iştirakı ilə təqdimat və 20 nəfər (10 oğlan 10 nəfər qız) arasında Anket-Sorğusu keçirilib. 03.10.2024-cü il saat 11-00 - da könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq, məktəbin VII c sinif şagirdlərindən ibarət qrup sinif otağında toplaşıb. Layihənin rəhbəri N.Nəcəfov şagirdlərə layihə barədə məlumat verdi və Anket Sorğusunun keçirilməsi ilə əlaqədar olaraq məktəblilərin suallarını cavablandırdı.
O, hər bir məktəblinin davamlı inkişafına müsbət təsir göstərən zehni oyunlardan dama, domino, şahmat, müxtəlif konstruksiyaların qurulması,pazlıların köməyi ilə müəyyən təsvirin toplanmasından danışdı, şagirdləri layihənin icrasına qoşulmağa çağırdı. Sonra oğlan və qızların birgə iştirakı ilə məktəbin İctimai Lövhəsində layihənin çap məhsulu olan rəngli, loqolu Poster umumi baxış üçün vuruldu. Asudə vaxtı səmərəli keçirtmək, dama, domino, şahmatla məşğul olmaq, pazlı quraşdırmaq və s.i. məktəblilərə diqqəti olmaqla yanaşı həm də ilkin təhlil etmə bacarıqlarını öyrədir,onlarda yaddaşı inkişaf etdirir. Sonra layihənin fokus qrupuna - 20 şagirdə, qələm və loqolu Anket-Sorğusu vərəqləri paylanildı. Şagirdlər 20 dəqiqə ərzində Sorğuya cavab verdilər.
130 № li tam orta məktəbin kitabxanasında “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin təqdimatı keçirildi. Layihə rəhbəri N.Nəcəfov təqdimatdan öncə kitabxanada yaradılmış xüsusi səliqəni,təmizliyi,rəflərdə düzülmüş ədəbiyyatın temalar üzrə ayrılmasını, kitabxananın tərtibatını,buradakı xoş auranı,şagirdlərə peşəkar yanaşmanı, onlara bədii ədəbiyyat seçməkdə köməyi ayrıca qeyd etdi. Təqdimatda məktəbin pedaqoji kollektivinin üzvləri Təşkilatçı Y.Dadaşova, UBR T.Novruzova, A.İsayeva, Z.Əzizova, N.Nurəliyev, S.Süleymanova, Ü.Rəhimova A.Zülfüqarova, X.Fərəczadə iştirak edirdilər. Layihə rəhbəri pedaqoji heyətə layihənin məqsədi,fənlərarası əlaqələr, əhatə dairəsi, şagirdlərdən bir qrupunun rəğbətləndirilməsi barədə ətraflı məlumat verdi və hədiyyələri nümayiş etdirdi. Məktəbəqədə və sinifdənxarıc iş üzrə təşkilatçı Y.Dadaşova çıxış edərək, şagirdlərin intellektinin inkişafı məqsədi ilə bu qəbildən olan layihələri müsbət qiymətləndirdi.
“Oriqami” təşkilatı tərəfindən hər iki tədbirdə foto-video çəkilişi təşkil olunmuş və KİV üçün məlumat hazırlanıb.