Millət Vəkili şəhid Orxan İsmayılovun anım günündə iştirak edib və şəhid bulağını ziyarət edib

Milli Məclisin deputatı Pərvanə Vəliyeva  Vətən müharibəsinin qəhrəmanlarından biri olan şəhid Orxan İsmayılovun anım günündə iştirak edib və onun şəhid bulağının açılışını ziyarət edən ilk şəxslərdən olub. Deputat anım mərasimində şəhidin Vətən uğrunda göstərdiyi qəhrəmanlığına hörmət və ehtiramla yanaşaraq, İsmayılovun əziz xatirəsini yad edib.

QHT.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva öz sosial şəbəkə hesabında paylaşım edib:

"Vətəni canından əziz bilən, onun yolunda tərəddüd etmədən həyatından keçən Vətən müharibəsinin qəhrəmanlarından biri şəhid Orxan İsmayılovun bu gün anım günüdür. Onun şəhid bulağının açılışını ilk ziyarət edənlərdən olduq. Orxan Zöhrab oğlu İsmayılov 23 yanvar 1990-cı ildə Ucar rayonun Məlikbalı kəndində anadan olub. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayılov Orxan döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur Döyüşçü” , “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur."