"Bakıda avtobus zolaqlarının artırılması nəqliyyat problemlərini dərinləşdirir" - QHT sədri
Bakıda sürücülər avtobus zolaqlarının çoxluğundan narazıdır. Onlar hesab edirlər ki, avtobus zolaqları digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və uzun tıxaclara səbəb olur.
QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, avtobus zolaqlarının geniş olması nəqliyyatın intensivliyini pozur və bu, Yasamal rayonu, Tbilisi prospektində avtobus zolaqlarının geniş olması Bakı-Sumqayıt yolunda ciddi tıxaclara yol açır. O, ayrıca avtobus zolaqlarının yaradılmasının düzgün yanaşma olmadığını qeyd edib və cərimələrin vətəndaşları çətin duruma saldığını vurğulayıb.
QHT sədri avtobus parklarının yenilənməsi və yolların düzgün planlaşdırılması zərurətini də qeyd edib.
Pərvanə Fərhadqızı