İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin iclası keçirilib - FOTOLAR

İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin iclası 3 oktyabr 2024-cü il tarxində keçirildi.

QHT.az xəbər verir ki, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iclası açıq elan edərək Idarə Heyətinin üzvlərini salamladı. Rauf Zeyni İctimai Nəzarət Mərkəzinin mövcud vəziyyəti ilə bağlı İdarə Heyətinin üzvlərinə məlumat verdi.İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin üzvləri  mövcud vəziyyətinin yaxşılaşdırılması üçün təkliflər irəli sürdü.

İdarə Heyətinin üzvləri mərkəzin normal fəaliyyət göstərməsi üçün tez tez monitorinqlərin aparılmasını, həmçinin mərkəzə gənc kadrları dəvət etməyi və fəaliyyəti yeniləməyi, İctimai Nəzarət Mərkəzinin ictimai şuralarla əməkdaşlıq etməyini, İctimai çıxışlar etmək, mərkəzin yeni  hədəflərini müəyyənləşdirmək, mərkəzə müraciət etmiş vətəndaşların hüquqların müdafiə etmək, gücləndirilmiş formada fəaliyyət göstərməyin vacib olduğunu vurğuladılar.

Təklif irəli sürən İdarə Heyətinin  üzvləri mərkəzin idarəetmə mexanizminin düzgün qurulmasını, təşkilata aktiv media qurumlarının rəhbərlərinin dəvət edilməsini, sosial medianın imkanlarından yetəri qədər istifadə edilməsini irəli sürdülər.İctimai Nəzarət  Mərkəzinin İdarə Heyətinin üzvləri  ictimai nəzarət mərkəzinin  müvafiq sənədlərinin hazırlanması və  qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi barədə qərara qəbul etdilər. Sonda İctimai Nəzarət Mərkəzinin iclaslarının və tədbirlərinin mütəmadi olaraq keçirilməsi üçün  qərar qəbul olundu. İNM İdarə Heyətinin iclasında İdarə Heyətinin üzvləri -İradə Rizazadə, Qorxmaz İbrahimli, İlham İsmayılov, Eyyub Hüseynov, Əhməd Abbasbəyli və Rauf Zeyni iştirak etdilər.