"Boşluqların aradan qaldırılması: gənclər və yaşıl əmək bazarı" mövzusunda İdeaton başladı - FOTOLAR
Bakı Ali Neft Məktəbində "Boşluqların aradan qaldırılması: gənclər və yaşıl əmək bazarı" mövzusunda İdeatonun açılışı keçirildi. Tədbir BMT-nin İnkişaf Proqramı və COP29 tərəfdaşlığı çərçivəsində təşkil edilib.
QHT.az xəbər verir ki, üç gün davam edəcək İdeatonda 15 komanda yaşıl iqtisadiyyat üçün innovativ həllər hazırlamaq məqsədilə vorkshoplar, mentorluq sessiyaları və komanda işi ilə məşğul olacaq. Gənclər dayanıqlı inkişaf üçün zəruri bilik və bacarıqlar əldə edərək, gələcək karyeraları üçün əhəmiyyətli praktiki təcrübə qazanacaqlar.
Tədbirin sonunda ilk üç yerin qaliblərinə mükafatlar təqdim olunacaq. Qaliblər müvafiq olaraq 1000, 2000 və 3000 manat pul mükafatı qazanacaq.