"2030-cu ildə 30% alternativ enerji hasilatına nail olmaq mümkündür" - Elşad Məmmədov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, professor Elşad Məmmədov alternativ enerji generasiyasının gələcəyi barədə QHT.az-a özəl mühüm açıqlama verib. Onun sözlərinə görə, 2030-cu ilə qədər ölkədə alternativ enerji hasilatı payının 30%-ə çatdırılması su elektrik enerjisi də nəzərə alındıqda realdır. Lakin yalnız külək və günəş enerjisi üzərindən bu hədəfə çatmağın mümkün olmadığını vurğulayıb. Professor su elektrik enerjisinin ölkə enerji sistemindəki rolunun artırılmasının vacibliyini qeyd edib və işğaldan azad edilmiş ərazilərdə dağ çaylarının potensialını xüsusi olaraq vurğulayıb.
O, həmçinin bu hədəfə çatmaq üçün müvafiq investisiya siyasətinə ehtiyac olduğunu bildirib. Məmmədovun fikrincə, su, külək və günəş enerjisi istiqamətində investisiyalarla ümumi enerji hasilatında alternativ enerjinin payını 30%-ə qədər artırmaq mümkündür və bu, müvafiq qərarlarda öz əksini tapmalıdır.
Pərvanə Fərhadqızı
QHT.az