DSMF sədri Bakıda növbəti vətəndaş qəbulu keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov vətəndaş qəbulunu davam etdirir.
DSMF sədri bu dəfə Fondun Qəbul Mərkəzində paytaxt Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşlar pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciət ediblər.
Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəzi müraciətlər yerində həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.