“Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri Xəzər Cabbarlı Polşada vəfat edib.
Bu barədə təşkilatdan məlumat verilib.
Bildirilib ki, 1999-cu il təvəllüdlü X.Cabbarlı ötən gün təhsil aldığı Polşanın Krakov şəhərində dünyasını dəyişib.
Onun ölüm səbəbi məlum deyil.Qeyd edək ki, X.Cabbarlı bir müddətdir “Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. O daha əvvəllər isə təşkilatda sədr müavini işləyib.
Allah rəhmət eləsin!
https://iqtisadiyyat.az/