QHT-nin də birgə təşkilatçılığı ilə Lənkəranda Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olundu - VİDEO
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar Lənkəranda genişmiqyaslı sahilyanı təmizlik aksiyası keçirilib. Aksiya COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
QHT.az xəbər verir ki, təmizlik aksiyası çərçivəsində könüllülər sahilboyu tullantıları toplayaraq ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə veriblər. Tədbirin əsas məqsədi ətraf mühitin qorunması, dəniz ekosisteminin təmiz saxlanılması və ictimaiyyətdə ekoloji maarifləndirməni artırmaq olub. Aksiya böyük maraq doğurub və Lənkəran sakinlərinin geniş iştirakı ilə keçib.
Təmizlik kampaniyası həmçinin ətraf mühitin qorunması sahəsində ictimai şüurun artırılmasına yönəlib və gələcəkdə belə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.