Vüqar Bayramov: "Minimum əməkhaqqı və pensiyalar artırılacaq"
QHT.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Prezidentin göstərişi ilə gələn ildən minimum əməkhaqqı və minimum pensiyalar artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 1-dək təkliflərini təqdim edəcək, büdcə müzakirələri isə davam edir.
2024-cü ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4,998 milyard manat nəzərdə tutulub ki, bu da 14% artım deməkdir. Bayramov bildirib ki, sosial paketin genişləndirilməsi 2025-ci ilin əsas prioritetlərindən olacaq.