"Azərbaycanın Dövlət Suverenliyi Gününün təsis edilməsi dövlətçilik tariximizdə mühüm bir addımdır" - Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov, Azərbaycanın Dövlət Suverenliyi Gününün təsis edilməsini ölkə tarixində əhəmiyyətli bir hadisə olaraq qiymətləndirib.

QHT.az-a özəl açıqlama verən Sahib Məmmədov, 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə keçirilən antiterror tədbirlərinin nəticələrinin, Azərbaycanın bütün ərazilərində suverenliyi təmin etdiyini bildirib. O qeyd edib ki, bu tədbirlər dövlətin hakimiyyətini ölkənin bütün ərazilərinə şamil etməyə imkan yaradıb:

“Ötən ilin sentyabrın 19-dan 20-nə keçən gün keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz müstəqillik tarixində bütün ərazilərində suverenliyə nail olmuşdur. Bu, Azərbaycanın dövlətçilik tarixində mühüm bir hadisədir. Suverenlik, dövlətin bütün ərazilərinə şamil olunmağa başlamışdır. Bu baxımdan sentyabrın 20-si suverenlik günü elan olunması tam məntiqlidir. Azərbaycan dövlətinin yurisdiksiyası və qanunları 20 % ərazilərimizə aid edilmirdi. Lakin həyata keçirilən Vətən müharibəsindən sonra ərazilərimizin böyük hissəsi azad edildi və 2023-cü ilin sentyabr ayının 19-20i tarxlərində separatçıların son ocağı olan ərazilərdə də suverenliyimiz təmin olundu. Dövlət Suverenliyi Gününün təsis edilməsi, Azərbaycanın dövlətçilik tarixində mühüm bir addımdır.”

Qeyd edək ki, hüquqşünasın açıqlaması, Azərbaycan xalqının dövlət suverenliyini bərpa etməsi və bu əhəmiyyətli hadisənin rəsmi olaraq tanınması ilə bağlı önəmli məlumatları əks etdirir.

 

Pərvanə Fərhadqızı

QHT.az