Polşa daşqın zonasına 14 min əsgər göndərdi
Polşa Milli Müdafiə Nazirliyi ölkənin cənubunda və cənub-qərbində daşqınların nəticələri ilə mübarizəyə kömək etmək üçün 14 min hərbi qulluqçu ayırıb.
QHT.azxəbər verir ki, bu rəqəm "gündən-günə artır" və Polşa ordusunun 10 min əsgər və zabitindən əlavə, Ərazi Müdafiə Qüvvələrinin 4 min hərbi qulluqçusunu da əhatə edir.
Güclü yağışlardan sonra Nisa çayının (Oderin sol qolu) daşması səbəbindən Polşanın cənub və cənub-qərbində yerləşən Sileziya, Aşağı Sileziya və Opole voyevodalıqlarında irimiqyaslı daşqınlar baş verib. Daşqınlar 1997-ci ildən bəri ən pis adlandırılır. Polisin məlumatına görə, 7 nəfər ölüb. Klodzko şəhərinin mərkəzi və Çexiya ilə sərhəddə yerləşən Yeleniya Qora şəhərinin bir hissəsi su altında qalıb. Daşqın zonasındakı yaşayış məntəqələrindən 4 mindən çox insan təxliyə edilib, 4 voyevodada 600 məktəb bağlanıb. Sentyabrın 16-da respublika hökuməti Sileziya, Aşağı Sileziya və Opole voyevodalığının 24 rayonunda 30 gün ərzində təbii fəlakət vəziyyəti tətbiq edib.
Pərvanə Fərhadqızı