Şəhidimiz Müşfiq Orucovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Müşfiq 2016-cı ilin "Aprel" döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də şəhidimiz böyük izdihamla Bakıda Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Müşfiq Orucov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ruhu şad olsun!