ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi: Təlimlər davam edir / FOTOLAR

ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi çərçivəsində qanın laxtalanma pozğunluqları ilə bağlı diqqət yetirilməsi vacib mövzular müzakirə olundu. Bu mövzular arasında ağız boşluğunun qorunması da xüsusi yer aldı.

QHT.az xəbər verir ki, düşərgə iştirakçılarına stomatoloq Dr. Aybəniz Şahmuradova tərəfindən ağız boşluğunun qorunması ilə bağlı təlimlər və individual müayinələr keçirildi. Təlimlərdə eyni zamanda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının çap etdiyi müvafiq kitabçalar da iştirakçılara təqdim olundu. Təlimin sonunda sual-cavab sessiyası təşkil edildi.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov, tədbirin iştirakçılara qanın laxtalanma pozğunluqları ilə bağlı ətraflı məlumat verdiyini və ağız boşluğunun qorunmasının bu xəstəliklər üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı.

Bu təlimlər vasitəsilə iştirakçılar qanın laxtalanma pozğunluqları ilə bağlı sağlamlıq biliklərini artıraraq, öz və uşaqlarının sağlamlığını qorumaq üçün lazımi tədbirləri öyrəndilər.