İlk azərbaycanlı hərbi təyyarəçi Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlunun ölümündən 108 il ötür - VİDEO
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1916 - cı ilin bu günü alman ordusuna qarşı aviasiya döyüşündə iştirak edərkən qəhrəmancasına həlak olub.
QHT.az xəbər verir ki, Azərbaycanın ilk hərbi təyyarəçisi və Birinci Dünya müharibəsində iştirak edən poruçik idi. O, "İlya Muromets № 16" adlı dördmühərrikli bombardmançı təyyarənin heyət üzvü olub. Fərrux ağa 1891-ci ildə Qazax qəzasının Aşağı Salahlı kəndində doğulmuşdur. Atası Məmmədkərim ağa hərbçi idi. Fərrux ağa Tiflis Kadet Korpusunda təhsil almış və Konstantin Topçuluq Məktəbini bitirərək hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsi zamanı Qərb cəbhəsində təyyarəçi kimi iştirak etmişdir.
Qeyd edək ki, General Əliağa Şıxlinski onun igidliyini yüksək qiymətləndirmiş və onu Azərbaycanın ilk hərbi təyyarəçisi kimi tanıdıb.