Fərman Nəbiyev: "Bəzi QHT-lər sənədsiz şəkildə pul yığırlar, bu yolverilməzdir"
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "orden" və "medal" paylayan bəzi QHT-lərə xəbərdarlığına reaksiya olaraq, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev QHT.az-a öz fikirlərini bildirib.
"Bəzi QHT -lər yol kənarlarında, parklarda dayanan avtomobillərdən "parkovka" adı heç bir sənəd, qəbz təqdim etmədən pul da yığırlar. Soruşursan ki, kimsən, deyir bu ərazini bizim QHT-yə veriblər".