“Özünə deyirəm ki, səni nə yaman çox istəyirlərmiş”- Əsabəli Mustafayevin xanımı
"Vəziyyəti getdikcə yaxşılaşır, müsbətə doğru dəyişir".
QHT. az bildirir ki, bu sözləri "Cebheinfo.az"-a açıqlamasında ötən həftə reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin həyat yoldaşı Zemfira Mustafayeva deyib.
O bildirib ki, hazırda Ə.Mustafayevin müalicəsi davam edir:
"İki həftədir ki, buradadır. Reanimasiya müddəti bir az uzun çəkdi, sonra palataya köçürüldü. Yavaş-yavaş yaxşılaşır. Hamınız narahat olursunuz, var olun. Özünə də deyirəm ki, səni nə yaman çox istəyirlərmiş. Hələ danışmaqda çətinlik çəkir, çünki onun nəfəs alma problemi var, indi Allahın iznilə yaxşılaşacaq".
Xatırladaq ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qurban oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub. Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra 21.08.2024-cü il tarixində Terapiya şöbəsinə köçürülüb.