Masallıda "Şəhid və Vetiran övladları arasında idman yarışması" adlı yarışması keçirildi - FOTOLAR / VİDEO

Avqustun 22-də Masallıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qrant layihəsi çərçivəsində qalib gələn "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi "Şəhid və Veteran Övladları Arasında İdman Yarışması" adlı tədbir keçirdi.

QHT.az xəbər verir ki, yarışma Masallı Gənclər və İdman Olimpiya Kompleksində baş tutdu. Tədbirdə 28 şəhid övladı iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Himni ilə açıq elan olundu və torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə bir dəqiqəlik sükut elan edildi. Yarışmada Masallı rayon İcra Hakimiyyətinin, Masallı rayon gənclər və idman sektorunun, Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin əməkdaşları, şəhid valideynləri, Lənkəran, Astara və Masallı rayonlarından olan şəhid övladları iştirak edirdi.

Tədbirdə müxtəlif əyləncəli idman yarışları keçirildi. Tədbirin sonunda iştirakçılara diplom, medal və hədiyyələr təqdim olundu. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi nəzdində Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Cümşüd Müzəffər və Masallı Regional "ASAN" xidmət mərkəzinin rəhbəri Muxtar Vidadi müəllimə xüsusi təşəkkür edirik.