Sumqayıt şəhlərində məktəbəqədər müəssisələrinin müəllimləri üçün layihənin təlimlər bölümü bitib - FOTOLAR
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazilriyinin əlan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında “Məktəbəqədər Təhsil Müəssisələrinin Əməkdaşlarının Uşaqyönümlü Yanaşması, Uşaqlarla Davranış Qaydalarının Mənimsənilməsi və Uşaq Müdafiəsi Sisteminin Tətbiqi” layihəsi çərçivəsində Sumqayıt şəhlərində məktəbəqədər müəssisələrinin müəllimləri üçün layihənin təlimlər bölümü bitib.
QHT.az xəbər verir ki, bu barədə “Ümidli gələcək” Gənclər İctimai Birliyinin sədri, Uşaq Qaynar Xətt xidmətinin koordinatoru və Elm və Təhsil nazirliyi nəzdində İctimai Şuranın üzvü Kəmalə Aşumova məlumat verib. Onun sözlərinə görə, təşkilat 2023-cü ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əlan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında “Məktəbəqədər Təhsil Müəssisələrinin Əməkdaşlarının Uşaqyönümlü Yanaşması, Uşaqlarla Davranış Qaydalarının Mənimsənilməsi və Uşaq Müdafiəsi Sisteminin Tətbiqi” layihəsinin icrasına başlayıb: "Layihə çərçivəsində məktəbəqədər müəssisələrində çalışan müəllimlər üçün təlimlər artıq rayonlarda davam edir. Avqustun əvvəli təlimlər Sumqayıt şəhərində həyata keçirildi. Təlimlər Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əməkdaşlıqda Sumqayıt şəhərində çalışan məktəbəqədər təhsil müəssisələrinin 30 nəfər əməkdaşına 2 günlük təlimlər təşkil edildi. Təlimdə layihə çərçivəsində hazırlanmış Uşaqyönümlü Yanaşma, Uşaqlarla Davranış Qaydalarının tədbiqi üzrə Metodik Vəsaitdə əks olunan mövzular əhatə edilmiş xüsusi proqram üzrə keçirilib. İştirakçılara əsasən “Uşaqyönümlü yanaşmada qanunvericilik”, “Uşaq bağçalarında davranış strategiyaları, dünya təcrübəsində etik standartlar”, “Uşaqların yaş və inkişaf dövrləri”, “Müəssisə dövründə olan uşaqların təməl ehtiyaclarına yanaşma”, “Uşaqların təhsil müəssisəsinə adaptasiyasında bağça kollektivinin öhdəlikləri”, “Uşaqlara qarşı zorakılığın aşkarlanması”, “Bağça-uşaq-valideyn üçbucağı”, “Sosial psixoloji reabilitasiya və yönləndirmə xidmətləri”, “İnkluziv təhsilə adaptasiya”, “Uşaq qaynar xətt xidməti” və digər mövzular əhatə edilib".
Qeyd edək ki, təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və bu cür təlimlərin mütəmadi təşkil edilməsi haqqında rəylər də təqdim edilib.
Təkilat layihənin icrasında göstərdikləri texniki dəstəyə və əməkdaşlığa görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə təşəkkürünü bildirib.