“Sağlam Gələcək Naminə” qol güləşi turniri Qazaxda keçiriləcək
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən “Gənclik narkomaniyaya qarşı” layihəsi çərçivəsində Qazax rayonunda qol güləşi üzrə açıq turnir keçiriləcək.
QHT.az xəbər verir ki, bu barədə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev məlumat verib. Onun sözlərinə görə, turnir, gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğ olunması və asüdə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır: "Turnir 25 avqust 2024-cü il tarixində, saat 13:00-da Qazax Olimpiya İdman Kompleksində baş tutacaq. İştirak etmək istəyən yeniyetmə və gənclər təşkilat komitəsi ilə əlaqə saxlaya bilərlər. Tədbirin tərəfdaşları arasında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksi də var".
