Ailə nə deməkdir? QHT psixoloqu yazır

Ailə sözü hər kəsə məlumdur. Ailə dedikdə ilk ağla gələn evdir, ata-ana, sevdiklərindir. Ailə ümumi qayğılar, sevinclər, sevgi və xoşbəxtlikdir. Ailələrdə müxtəlif olur: şən ailələr, ciddi ailələr, xoşbəxt olmağı bacarmayanlar.

Ailə və ailə dəyərləri çox vacib faktorlardan biridir. O qədər dəyərlidir ki, hər bir insan anlayır ki, həyatında çox böyük həlledici rol oynayır. İnsan şəxsiyyətinin formalaşması da ilk olaraq ailədən başlayır. Ailədə əsas nəyi göstərmək olar? Çox çətin sualdır. Sevgimi, qarşılıqlı anlaşma, diqqət, nəvaziş? Ya fədakarlıq, zəhmətsevərlik?

Hər insanda ailə dəyərlərini qoruyub saxlamağa görə individual yanaşma var. Nədənsə kişi və qadın düşünür ki, ailə dəyərlərinə əks cins əmək verməli. Əslində olan isə hər kəs ailədə öz mövqeyini bilərək, ailəni qorumaq, xoşbəxt etmək üçün, nigahı daha da gücləndirmək üçün bərabər diqqət və əmək vermək lazımdır. Hər şey ideal olmaya bilər, amma yaxşı ola bilər.

Münasibətlərin hər bir dövründə öz üzərində çalışmaq və özünü tərbiyə etməyi bacarmalıdır.

Ailə yaratmaq - çox məsuliyyətli addımdır. Hər iki tərəfdən əmək istər, güc istər, zaman və səbr istər. Və bu məsuliyyətli addımda hər kəsə sevgi və uğur arzu edirik.

 

Samirə İsmayılova

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin psixoloqu