Cəsarət Hüseynzadə: “İctimai şuraların genişlənməsi dövlət qurumlarının şəffaflıq və ictimai nəzarət mexanizmlərinin inkişafında mühüm rol oynayır”

“İctimai şuralar dövlət idarəçiliyində müsbət təsir göstərə bilir. İctimai şuraların fəaliyyətinin dörd il ərzində dəyərləndirilməsi nəticəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura yüksək fəaliyyət göstəricilərinə sahib olub”.

QHT.az xəbər verir ki, bu sözləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə vurğulayıb. Onun dediyinə görə, ictimai şuralar, dövlət qurumları ilə əlaqəli məsələlərdə vətəndaşların problemlərini daha sürətli və effektiv şəkildə çatdırmağı təmin edir: “İctimai şuraların genişlənməsi və funksional effektivliyi dövlət qurumlarının şəffaflıq və ictimai nəzarət mexanizmlərinin inkişafında mühüm rol oynayır”.

 

 

Pərvanə Fərhadqızı

QHT.az